​Türkiyədə kişilərin sayı qadınlardan 281 min nəfər çoxdur

​Türkiyədə kişilərin sayı qadınlardan 281 min nəfər çoxdur Ölkə üzrə qadınların ömürlərinin uzunluğu 80,7 ildir
Region
7 Mart , 2016 13:46
​Türkiyədə kişilərin sayı qadınlardan 281 min nəfər çoxdur

Bakı. 7 mart. REPORT.AZ/ Türkiyə əhalisinin 50,2 faizi kişi, 49,8 faizi isə qadındır.

"Report" "Anadolu" agentliyinə istinadən xəbər verir ki, bu haqda Türkiyənin Statistika Təşkilatı məlumat yayıb.

Məlumata görə, ölkə əhalisinin 39 milyon 511 min 191-i kişi, 39 milyon 229 min 862-i isə qadındır. Ölkə üzrə qadınların ömürlərinin uzunluğu 80,7 il, kişilərinki isə 75,3 ildir.

Türkiyədə qadınların sayı kişilərin sayından 281 min 229 nəfər azdır.

Son xəbərlər

Orphus sistemi