​Türkiyədə keçmiş millət vəkili məhkəmə yolu ilə partiyasına dönüb

​Türkiyədə keçmiş millət vəkili məhkəmə yolu ilə partiyasına dönüb Partiyaya məhkəmə yolu ilə dönən Sinan Oğan MHP sədri də ola bilər
Region
2 Noyabr , 2015 18:02
​Türkiyədə keçmiş millət vəkili məhkəmə yolu ilə partiyasına dönüb

Bakı. 2 noyabr. REPORT.AZ/ Türkiyənin Milliyyətçi Hərəkat Partiyası üzvlüyündən (MHP) çıxarılan sabiq deputat Sinan Oğan məhkəmənin qərarı ilə partiyasına bərpa olunub.

"Report" xəbər verir ki, bu haqda Türkiyə KİV-i məlumat yayıb.

Onun şikayəti üzrə məhkəmə prosesi noyabrın 2-də keçirilib. Məhkəmə S.Oğanın üzvü olduğu MHP-dən qanunsuz olaraq çıxarıldığı haqda qərar qəbul edib və onun partiya üzvlüyünü bərpa edib. 

Xəbərə görə, partiyaya məhkəmə yolu ilə dönən Sinan Oğan MHP sədri də ola bilər.

Qeyd edək ki, Sinan Oğan bu ilin avqustunda MHP-dən çıxarılmışdı. Keçmiş millət vəkili partiyaya qarşı təbliğat aparmaqda günahlandırılmışdı. S.Oğan ona qarşı irəli sürülən ittihamları əsassız sayaraq, hüquqlarının pozulması iddiası ilə məhkəməyə şikayət etmişdi. 

Son xəbərlər

Orphus sistemi