Türkiyədə keçirilmiş xüsusi əməliyyatda terrorçuluqda şübhəli bilinən 54 əcnəbi saxlanılıb

Türkiyədə keçirilmiş xüsusi əməliyyatda terrorçuluqda şübhəli bilinən 54 əcnəbi saxlanılıb Bakı. 21 yanvar. REPORT.AZ/ Türkiyədə keçirilmiş antiterror əməliyyatında 54 əcnəbi saxlanılıb.
Region
21 Yanvar , 2018 00:46
Türkiyədə keçirilmiş xüsusi əməliyyatda terrorçuluqda şübhəli bilinən 54 əcnəbi saxlanılıb

Bakı. 21 yanvar. REPORT.AZ/ Türkiyədə keçirilmiş antiterror əməliyyatında 54 əcnəbi saxlanılıb.

"Report" Türkiyə mətbuatına istinadən xəbər verir ki, əməliyyat İstanbulun 8 rayonunda, 11 müxtəlif ünvanda aparılıb.

Saxlanılanlar İŞİD terror qruplaşmasının hərbi əməliyyatlarında iştirakda şübhəli bilinirlər. Bəzi məlumatlara görə, şübhəlilər yaxın vaxtlarda Avropaya qaçmağı planlaşdırırmış.

Saxlanılanların milliyyətləri açıqlanmır. 

Son xəbərlər

Orphus sistemi