Türkiyədə keçiriləcək prezident və parlament seçkilərinin vaxtı açıqlanıb

Türkiyədə keçiriləcək prezident və parlament seçkilərinin vaxtı açıqlanıb Prezident və parlament üzvlərinin səlahiyyət müddəti 5 il olacaq
Region
25 Noyabr , 2016 10:33
Türkiyədə keçiriləcək prezident və parlament seçkilərinin vaxtı açıqlanıb

Bakı. 25 noyabr. REPORT.AZ/ Türkiyədə prezident və parlament seçkiləri 2019-cu ildə keçiriləcək.

“Report” xəbər verir ki, bunu Türkiyənin baş naziri Binəli Yıldırım TRT-yə müsahibəsində bildirib.

“Yeni konstitusiya ilə bağlı parlamentdəki işləri 2017-ci ilin yanvarın sonunadək tamamlayacağıq. Koalisya hökumətinin yaranması narahatlığını yaşamamaq üçün Türkiyədə bir partiyanın hakimiyyətini təmin edəcək sistemə ehtiyac var”, - deyə baş nazir vurğulayıb.

Onun sözlərinə görə, prezident və parlament üzvlərinin səlahiyyət müddəti 5 il olacaq. 

Son xəbərlər

Orphus sistemi