Bakı. 13 avqust. REPORT.AZ/ Türkiyənin İraqla həmsərhəd Hakkari vilayətində yerləşən "Esendere" sərhəd-keçid məntəqəsində işləyən 10 gömrük əməkdaşı dörd gündür itkin düşüb.
"Report"un NTV teklekananıla istinadən verdiyi xəbərə görə, hərbçilərlə jandarmeriya qüvvələrinin təşkil etdiyi axtaş tədbirləri heç bir nəticə vermir.
Gömrük işçilərinin Yüksekova rayonunda PKK terrorçuları tərəfindən qaçırıldığı güman edilsə də, onların izinə düşmək mümkün olmayıb.