Yuxarı
    Bağlamaq

    ​Türkiyədə itkin düşdüyü zənn edilən komandoslar 73 terrorçunu zərərsizləşdirib

    Onlar keçirdikləri əməliyyat nəticəsində xəsarət almayıb

    Bakı. 8 sentyabr. REPORT.AZ/ Türkiyənin xüsusi təyinatlıları Hakkari əyalətinin Dağlıca kəndində keçirdiyi əməliyyat nəticəsində PKK-nın 73 terrorçusunu zərərsizləşdirib, 25-ni isə sağ ələ keçirib.

    "Report" xəbər verir ki, bu haqda Türkiyə KİV-i məlumat yayıb.

    Belə ki, 12 nəfərlik komandos qrupu ratsiyanı söndürərək, 16 türk əsgərinin şəhid olduğu kənddə əməliyyat keçirib.

    Keçirdikləri əməliyyat nəticəsində xüsusi təyinatlılardan heç biri xəsarət almayıb.

    Qeyd edək ki, həmin xüsusi təyinatlı dəstənin itkin düşdüyü ehtimal edilirdi. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi