Yuxarı
    Bağlamaq

    ​Türkiyədə iki televiziyanın yayımı dayandırılıb, iki qəzet bağlanıb

    Hər iki telekanal və qəzet Koza İpək Holdinq media qrupuna daxildir

    Bakı. 29 oktyabr. REPORT.AZ/ Türkiyənin "Bu gün" və "Millət" qəzetlərinin çapı dayandırılıb. 

    "Report" Türkiyə KİV-inə istinadən xəbər verir ki, bu haqda hər iki qəzetin "twitter" səhifələrində məlumat verilib.

    "Bu gün" qəzetinin baş redaktoru Erhan Başyurt bildirib ki, rəhbərlik etdiyi mətbu orqanın 29 oktyabr sayı gecə çapa tam hazır olub. Amma qəzetin çap olunduğu nəşriyyatdan əvvəl texniki problem yarandığını deyiblər, daha sonra isə "qəzetdə nəşr edə bilməyəcəyimiz yazı var" deyib, "Bu gün"ü çapa verməkdən imtina ediblər.  

    Ötən gün isə "Kanal Türk" və "Bu gün" televiziyalarının yayımı dayandırılıb.

    Hər iki telekanal "Koza İpək Holdinq" media qrupuna daxildir. Şirkətin rəhbərliyinə qarşı hökumət çevrilişi etmək, hakimiyyəti ələ keçirməyə cəhd göstərmək və qanunsuz qruplara yardım etmək ittihamı irəli sürülüb. Holdinqin başçısı Akın İpək tutulub.

    Qeyd edək ki, "Koza İpək" şirkəti 1948-ci ildə iş adamı və mətbəəçi Əli ipək tərəfindən qurulub. "Millet" və "Bugün" qəzetləri, eləcə də "Kanaltürk" və "Bugün" telekanalları holdinqin media qrupuna daxildir.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi