Yuxarı

​Türkiyədə iki qəzetin binasına basqında şübhəli bilinən 11 nəfər tutulub

İstanbulda 20 ünvanda antiterror əməliyyatı keçirilib

Bakı. 1 mart. REPORT.AZ/ Türkiyədə "Yeni Şafak" və "Yeni Akit" qəzetlərinin ofislərinə silahlı basqın və "molotov kokteyli" atmaqda şübhəli bilinən 11 nəfər tutulub.

"Report" xəbər verir ki, bu haqda "Anadolu" agentliyi məlumat yayıb.

Məlumata görə, martın 1-də səhər saatlarında eyni vaxtda redaksiyalara edilən hücumla bağlı İstanbulda 20 ünvanda antiterror əməliyyatı keçirilib.

Qeyd edək ki, fevralın 11-də Türkiyədə "Yeni Şafak" və "Yeni Akit" qəzetlərinin ofislərinə silahlı basqın və "molotov kokteyli" atılması nəticəsində binaya, redaksiyaların əmlakına ziyan dəyib.

Basqınlar eyni vaxta olub. Maskalı 5 nəfər "Yeni Şafak" qəzetinin binası önünə gedərək, əllərindəki "molotov kokteyllərini" redaksiyanın girişinə atdıqdan sonra tüfənglə ofisə doğru atəş də açıblar.

Eyni vaxtda "Yeni Akit" qəzetinin binasına da "molotov kokteyli" atılıb, ofis atəşə tutulub.

"Yeni Şafak"ın ofisi İstanbulun Bayrampaşa rayonunda, "Yeni Akit" isə şəhərin Küçükçekməcə bölgəsində yerləşir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi