Türkiyədə "İncirlik" hərbi bazası İŞİD-ə qarşı fəaliyyətini bərpa edib

Türkiyədə "İncirlik" hərbi bazası İŞİD-ə qarşı fəaliyyətini bərpa edib Hərbi bazasının komandanlığı dövlət çevrilişinə cəhddə iştirak itihamı ilə həbs edilib
Region
17 İyul , 2016 19:16
Türkiyədə İncirlik hərbi bazası İŞİD-ə qarşı fəaliyyətini bərpa edib

Bakı. 17 iyul. REPORT. AZ/ Türkiyənin cənubunda yerləşən "İncirlik" hərbi bazası yenidən fəaliyyətini bərpa edib. “Report” xəbər verir ki, bu barədə məlumatı “Milliyet” qəzeti yayıb.

ABŞ Müdafiə İdarəsinin mətbuat katibi Peter Kuk verdiyi bəyanatda bildirib ki, Türkiyə hava məkanını ABŞ üçün yenidən açıb və İŞİD-lə mübarizə qaldığı yerdən davam edir.

Qeyd edək ki, "İncirlik" hərbi bazasının komandanlığı dövlət çevrilişinə cəhddə iştirak itihamı ilə həbs edilib.

Hərbi Hava Qüvvələri bazasının komandanlığı Adana vilayətinin cənub hissəsində saxlanılıb. Məlumatda bildirlir ki, hərbi bazanın rəhbəri ilə yanaşı, daha 10 yüksək rütbəli zabit saxlanılıb. 

Son xəbərlər

Orphus sistemi