​Türkiyədə hücuma ən çox məruz qalan partiya AKP olub

​Türkiyədə hücuma ən çox məruz qalan partiya AKP olub Sol Partiya cəmi bir dəfə Qaradəniz bölgəsində basqınla üzləşib
Region
29 Oktyabr , 2015 16:37
​Türkiyədə hücuma ən çox məruz qalan partiya AKP olub

Bakı. 29 oktyabr. REPORT.AZ/ Türkiyədə avqustun 31-dən oktyabrın 26-dək hücuma ən çox hakim İnkişaf və Ədalət Partiyası (AKP) məruz qalıb.

"Report" Türkiyə KİV-inə istinadən xəbər verir ki, bunu ölkənin təhlükəsizlik orqanı bildirib.

Xəbərə görə, AKP-nin yerli təşkilatları və təmsilçiləri 44 dəfə (ölkənin Akdəniz bölgəsində 6, Egedə 6, Mərmərədə 8, İç Anadoluda 9, Şərqi və Cənubi Anadoluda 8 dəfə) hücuma məruz qalıb. Sonrakı yerdə gələn Xalqların Demokratik Partiyasıdır. Bu siyasi təşkilata 12 dəfə (Ege bölgəsində 2 dəfə, Mərmərədə 4, Qaradənizdə 1, İç Anadoluda 1, Şərqi və Cənubi Anadoluda isə 4 dəfə) basqın edilib. Milliyyətçi Hərəkat Partiyası (MHP) 7 dəfə hücumla üzləşib. MHP 3 dəfə Akdəniz bölgəsində, 1 dəfə Egedə, 1 dəfə İç Anadoluda, 4 dəfə isə Şərqi və Cənubi Anadoluda hücuma məruz qalıb. Cümhuriyyət Xalq Partiyası (CHP) 6 dəfə basqınla üzləşib. CHP-yə 2 dəfə Akdənizdə, 2 dəfə Mərmərədə, 1 dəfə Qaradənizda, 1 dəfə İç Anadoluda hücum ediblər. Sol Partiya isə 1 dəfə Qaradəniz bölgəsində basqınla üzləşib.

Qeyd edək ki, basqınlar dedikdə partiyaların yerli təşkilatlarının qərargahları və üzvlərinin hücuma məruz qalmaları nəzərdə tutulur. 

Son xəbərlər

Orphus sistemi