Türkiyədə hərbçiləri daşıyan avtobusla polis avtomobili toqquşub, 33 nəfər yaralanıb

Türkiyədə hərbçiləri daşıyan avtobusla polis avtomobili toqquşub, 33 nəfər yaralanıb Bakı. 7 iyun. REPORT.AZ/ Türkiyənin Qars şəhərində hərbçiləri daşıyan avtobusla polis avtomobilinin toqquşması nəticəsində 2 polis əməkdaşı və 31 hərbçi yaralanıb.
Region
7 İyun , 2018 14:30
Türkiyədə hərbçiləri daşıyan avtobusla polis avtomobili toqquşub, 33 nəfər yaralanıb
0 : 00
0 : 00

Bakı. 7 iyun. REPORT.AZ/ Türkiyənin Qars şəhərində hərbçiləri daşıyan avtobusla polis avtomobilinin toqquşması nəticəsində 2 polis əməkdaşı və 31 hərbçi yaralanıb.

“Report” “Anadolu”ya istinadən xəbər verir ki, yaralılar xəstəxanaya yerləşdiriliblər.

Bildirilib ki, içərisində hərbçilər olan avtobusa arxadan gələn avtomobil çırpılıb. Hərbçilərin avtobusu yoldan çıxaraq qarşı tərəfdən gələn polis avtomobili ilə toqquşaraq aşıb.

Polis əməkdaşları Türkiyənin Baş naziri Binəli Yıldırımın Qarsa səfəri zamanı təhlükəsizliyini təmin etmək üçün hava limanı ərazisində xidməti vəzifələrini icra edirmiş. 

Son xəbərlər

Orphus sistemi