Türkiyədə həbs edilən qəzet rəhbərliyi və yazarları terrorçu PKK-ya üzvlükdə ittiham olunur

Türkiyədə həbs edilən qəzet rəhbərliyi və yazarları terrorçu PKK-ya üzvlükdə ittiham olunur Onların 4-ü sərbəst buraxılıb
Region
5 Noyabr , 2016 14:14
Türkiyədə həbs edilən qəzet rəhbərliyi və yazarları terrorçu PKK-ya üzvlükdə ittiham olunur

Bakı. 5 noyabr. REPORT.AZ/ Türkiyədə çıxan “Cümhuriyet” qəzetinin rəhbərliyi və yazarlarına qarşı “PKK-KKC (terrorçu PKK qruplaşması və “Kürdüstan İctimaiyyəti İttifaqı” - “Report”) və FETÖ/PYD ( Fətulahçı Terror Təşkilatı və PKK-nın Suriyada fəaliyyət göstərən qollarından biri - “Report” ) terrorçu qruplaşmalarının xeyrinə cinayət törətmək” ittihamı irəli sürülüb.

“Report” Haberturk-ə istinadən xəbər verir ki, qəzetin tutulan 13 əməkdaşı və məsul şəxslərindən 9-u barədə həbs qətimkan tədbiri seçilib. 9 nəfər “terrorçu qruplaşmalara üzv olmaqla yanaşı, onun xeyrinə cinayət törətməkdə ittiham olunurlar.

Xəbərə görə, qəzetin indiki və keçmiş mühasibləri sərbəst buraxılıb, yazarlar - Hikmet Çetinkaya və Aydın Engin səhhətlərindəki problemlə bağlı ədliyyə qurumunun nəzarəti altında qalmaqla azad olunublar.

Onlar oktyabırn 31-də tutulublar.

Qeyd edək ki, bu ilin martında Ankaradakı “Kızılay” meydanında 37 nəfərin ölümü, 125 nəfərin yaralanması ilə nəticələnən terroru törətməkdə şübhəli bilinən Səhər Çağla adlı terrorçunun da üzərindən “Cümhuriyet” qəzetinin əməkdaşı olduğuna dair vəsiqə aşkarlanıb. Terror törədərkən ölən Səhər Çağla 4 qadın dostu ilə birlikdə terrorçu PKK-ya üzv olmaqda ittiham edilib.

"Cümhuriyet" qəzeti 1924-cü il mayın 7-dən etibarən gündəlik nəşr olunur. Qəzetin adını Türkiyə Cümhuriyyətinin banisi Mustafa Kamal Atatürk qoyub.

Son xəbərlər

Orphus sistemi