Yuxarı

Türkiyədə FETÖ işi ilə bağlı 2 hakim və 1 prokuror həbs edilib

Bir nəfər isə şərti azadlığa buraxılıb

Bakı. 15 oktyabr. REPORT.AZ/ Türkiyənin Van vilayətində Fətullahçı terror təşkilatı - FETÖ işi ilə bağlı aparılan istintaq prosesi çərçivəsində 2 hakim və 1 prokuror həbs edilib.

"Report" xəbər verir ki, bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

Məlumatda bildirilir ki, Van Cümhuriyyət Baş Prokurorluğunda FETÖ işi ilə bağlı təhqiqatı çərçivəsində, habelə Van Polis İdarəsinin Qaçaqmalçılıq və Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə Şöbəsi tərəfindən şübhəli şəxs kimi saxlanılan 4 nəfərin işi məhkəməyə göndərilib. Onlardan 3-ü – 2 hakim və 1 prokuror həbs edilib.

Bir nəfər isə şərti azadlığa buraxılıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi