Yuxarı

Türkiyədə FETÖ ilə bağlı daha 21 nəfər barəsində həbs qətimkan tədbiri seçilib

Onların bəziləri FETÖ liderinin təlimatları ilə Bank Asiyaya pul köçürməkdə şübhəli bilinirlər

Bakı. 29 sentyabr. REPORT.AZ/ "Aktif Egitim-Sen" (Aktiv Təhsil Həmkarlar İttifaqı) təhsil idarəsinin Bursadakı şöbəsinin 30 əməkdaşı Fətullahçı Terror Təşkilatı (FETÖ) ilə əlaqədə şübhəli bilinərək saxlanılıb.

"Report" "Anadolu" agentliyinə istinadən xəbər verir ki, məhkəmə onlardan 21 nəfəri barəsində həbs qətimkan tədbiri seçib.

Məlumata görə, həmin 30 şübhəli məhkəməyə aparılıb. Onlardan biri məhkəmə zalından azad edilib, qalan 8 şübhəli isə xaricə getməmək barədə iltizam alındıqdan sonra sərbəst buraxılıb.

Xəbərdə bildirilib ki, onlardan bəziləri "ByLock" şifrəli SMS sistemindən istifadə edərək, FETÖ lideri Fətullah Gülənin təlimatları ilə "Bank Asiya"ya pul köçürməkdə şübhəli bilinir. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi