Yuxarı

Türkiyədə dövlət universitetlərində çalışan 4 min alim vəzifəsindən uzaqlaşdırılacaq

Həmin şəxslər FETÖ-ya üzv olmaqda şübhəli sayılırlar

Bakı. 21 iyul. REPORT.AZ/ Ali Təhsil Şurası (YÖK) Türkiyədə dövlət universitetlərində çalışan 4 000 alimi vəzifəsindən uzaqlaşdıracaq. 

"Report"un Türkiyə KİV-inə istinadən verdiyi məlumata görə, həmin şəxslər Fətullahçı terror təşkilatına (FETÖ) üzv olmaqda şübhəli sayılırlar. 

Məlumata görə, YÖK Boğaziçi, İstanbul Texniki, Orta Doğu və Yıldız Texniki də daxil olmaqla 20 dövlət universitetinə rektor təyinatı zamanı namizədləri ətraflı şəkildə araşdıracaq. 

Qeyd edək ki, YÖK bundan əvvəl bütün rektorların ölkədən çıxışına qadağa qoyub və xaricdə çalışanlar da geri çağırılıb. Eyni zamanda, dövlət və vəqf universitetlərində çalışan 1 577 dekandan istefa verməsini tələb edib. Bütün dekanlar Milli İstihbarat Təşkilatının (MİT) yardımı ilə sorğu-sual ediləcək. FETÖ ilə əlaqəsi müəyyənləşən dekanlar vəzifəyə təyin edilməyəcək və barələrində istintaq başlanacaq. 

Xatırladaq ki, bu günədək dövlət müəssisələrində çalışan FETÖ-ya üzv olmaqda şübhəli sayılan 60 mindən çox məmur vəzifəsindən kənarlaşdırılıb. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi