Yuxarı

Türkiyədə dövlət çevrilişinə cəhdlə bağlı yeni fotoşəkillər üzə çıxıb

Şəkillər arasında Baş Qərərgah rəisi, ordu generalı Hulusi Akarın əsgərlər tərəfindən qərərgahdan çıxarılması da var

Bakı. 23 avqust. REPORT.AZ/ Türkiyədə Fətullahçı terror təşkilatının (FETÖ) bu il iyunun 15-də dövlət çevrilişinə cəhd göstərməsi zamanı Silahlı Qüvvələrin Baş Qərərgahında baş verən hadisələri göstərən yeni fotoqraflar üzə çıxıb.

"Report"un "Anadolu"ya istinadən verdiyi xəbərə görə, fotoqraflar arasında Baş Qərərgah rəisi, ordu generalı Hulusi Akarın dövlət çevrilişinə cəhd edən əsgərlər tərəfindən qərərgahdan çıxarılması və Quru Qoşunları Komandanı, ordu generalı Salih Zeki Çolakın yerə uzadılaraq qandallandığı anlar yer alıb.

Dövlət çevrilişinə cəhdlə bağlı aparılan araşdırma çərçivəsində toplanan sənədlərə əlavə olunan fotoqraflar Baş Qərərgahdakı təhlükəsizlik kamerasından əldə edilib. 

Şəkillərdə FETÖ-dan çevriliş cəhdində təlimat alan əsgər və zabitlərin Baş Qərərgahda hər şeyi alt-üst etdikləri anlar da görünür.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi