Türkiyədə dövlət çevrilişinə cəhddən sonra 49 321 məmur işdən azad edilib

Türkiyədə dövlət çevrilişinə cəhddən sonra 49 321 məmur işdən azad edilib Onlar Fətullahçı terror təşkilatı ilə əlaqədə şübhəli sayılırlar
Region
19 İyul , 2016 19:27
Türkiyədə dövlət çevrilişinə cəhddən sonra 49 321 məmur işdən azad edilib

Bakı. 19 iyul. REPORT.AZ/ Türkiyədə dövlət çevrilişinə cəhddən sonra ümumilikdə 49 321 məmur işdən azad edilib. 

"Report" Türkiyə KİV-inə istinadən xəbər verir ki, Türkiyə Nazirlər Kabinetinin 257, Daxili İşlər Nazirliyinin 8 777, Milli Təhsil Nazirliyinin 36 200, Maliyyə Nazirliyinin 1 500, Ailə və Sosial Siyasət Nazirliyinin 393, Dini İşlər İdarəsinin 492, Milli İstihbarat Təşkilatının (MİT) 100, Enerji Bazarını Tənzimləmə Qurumunun (EPDK) 25 əməkdaşı vəzifəsindən uzaqlaşdırılıb. 

Bundan əlavə, digər dövlət müəssisələrində də Fətullahçı terror təşkilatı (FETÖ) ilə əlaqədə şübhəli sayılan əməkdaşların işdən azad edilməsi istiqamətində tədbirlər görülür. 

Son xəbərlər

Orphus sistemi