Yuxarı

Türkiyədə dövlət çevrilişinə cəhddə ittiham olunan qubernator intihar edib

Keçmiş məmur polisin tapançasıyla öz başına atəş açıb

Bakı. 20 iyul. REPORT.AZ/ Türkiyədə dövlət çevrilişinə cəhdlə bağlı vəzifəsindən uzaqlaşdırılmış Manisa vilayətinin Ahmetli rayon qubernatoru Necmi Akman intihar edib. "Report" Türkiyə mətbuatına istinadən xəbər verir ki, keçmiş məmur mühafizə polisinin tapançasıyla öz başına atəş açıb.

Məlumata görə, Manisada iyulun 18-də vəzifəsindən uzaqlaşdırılmış 3 qubernatordan biri olan Necmi Akman Ulucamidə polis Ahmet G-nin ani ehtiyatsızlığından istifadə edərək onun belindəki tapançanı ələ keçirib. Polisin cəhdlərinə baxmayaraq o, silahdan öz başına atəş açıb.

Hadisə yerinə çağırılmış təcili yardım maşınıyla əvvəlcə Ahmetli Dövlət Xəstəxanasına çatdırılmış Necmi Akman ilkin tibbi yardımdan sonra Turqutlu Dövlət Xəstəxanasına aparılıb. Lakin həkimlər ağır yaralanmış keçmiş məmurun həyatını xilas edə bilməyiblər.

Tapançası alınmış polis Ahçet G isə ifadəsi alınmaq üçün saxlanılıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi