Türkiyədə dövlət çevrilişi cəhdinə görə saxlanılan general sərbəst buraxılıb

Türkiyədə dövlət çevrilişi cəhdinə görə saxlanılan general sərbəst buraxılıb Atilla Darendelinin ölkə xaricinə çıxmasına yasaq qoyulub
Region
21 İyul , 2016 12:41
Türkiyədə dövlət çevrilişi cəhdinə görə saxlanılan general sərbəst buraxılıb

Bakı. 21 iyul. REPORT.AZ/ Türkiyədə Fətullahçı terror təşkilatının (FETÖ) dövlət çevrilişi cəhdi ilə bağlı aparılan istintaq çərçivəsində saxlanılan general sərbəst buraxılıb.

"Report"un Türkiyə KİV-inə istinadən verdiyi məlumata görə, məhkəmənin qərarı ilə general-mayor Atilla Darendeli polisin nəzarəti altına verilib və onun ölkədən çıxmasına yasaq qoyulub. 

Qeyd edək ki, türkiyəli komandan iyulun 20-də Eskişehirdə saxlanılıb. 

Son xəbərlər

Orphus sistemi