Yuxarı

Türkiyədə dövlət çevrilişi cəhdindən sonra iki vertolyot və 25 xüsusi təyinatlı əsgər yoxa çıxıb

Onların məqsədi ölkə prezidentinə qarşı əməliyyatda iştirak etmək olub

Bakı. 19 iyul. REPORT.AZ/ Türkiyədə dövlət çevrilişi cəhdindən sonra iki vertolyot və 25 xüsusi təyinatlı əsgər yoxa çıxıb.

"Report" "Hürriyet"ə istinadən xəbər verir ki, iki vertolyot naməlum məntəqədən Marmaris istiqamətində havaya qalxıb. Onların məqsədi ölkə prezidenti Rəcəb Tayyib Ərdoğana qarşı əməliyyatda iştirak etmək olub.

Məlumata görə, helikopterlər hələlik bilinməyən ərazidə qısa müddətə yerə enib, sonra isə yoxa çıxıb. Vertolyotların 25 nəfər xüsusi təyinatlı əsgəri göyərtəsinə qəbul edəcəyi planlaşdırıbmış. Amma çevriliş cəhdinin uğursuzluğa düçar olmasından sonra onlar naməlum istiqamətdə yoxa çıxıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi