Yuxarı
    Bağlamaq

    ​Türkiyədə deputat terrorçuluğu təbliğ etməkdə ittiham olunur

    Başkale prokurorluğu ona qarşı iddianı Ədliyyə Nazirliyinin Cəza İşləri üzrə Baş İdarəsinə göndərib

    Bakı. 15 sentyabr. REPORT.AZ/ Türkiyənin Tunceli əyalətinin Nazımiyə rayonunda terrorçunun basdırılması mərasimində iştirak etdiyi üçün Xalqların Demokratik Partiyasının (HDP) Vandan olan deputatı Tuğba Hezer haqqında "terrorçu qruplaşmanın təbliğatını aparmaq" ittihamı ilə cinayət işi açılıb.

    "Report" "Anadolu"ya istinadən xəbər verir ki, Başkale prokurorluğu ona qarşı iddianı Türkiyə Böyük Millət Məclisinə təqidm etmək üçün Ədliyyə Nazirliyinin Cəza İşləri üzrə Baş İdarəsinə göndərib.

    Cinayəti təsdiqlənəcəyi halda, terrorçuluğu təbliğ etməkdə ittiham olunan deputat bir ildən beş ilədək azadlıqdan məhrum ediləcək. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi