​Türkiyədə daha bir professor həbs edilib

​Türkiyədə daha bir professor həbs edilib O, FETÖ-yə aid televiziyalarda dini söhbətlər aparıb
Region
11 Avqust , 2016 11:31
​Türkiyədə daha bir professor həbs edilib

Bakı. 11 avqust. REPORT.AZ/ Türkiyənin Sakarya Universiteti İlahiyyat fakültəsi təfsir bölümü elmi şurasının üzvü, professor, doktor Davut Aydüz həbs edilib.

"Report" xəbər verir ki, bu haqda "Habertürk" məlumat yayıb.

O, "Konstitusiyanın ləğv etmək", "FETÖ silahlı terrorçu qruplaşmasına üzv olmaq" və "terror qruplaşmasına maliyyə dəstəyi vermək"də ittiham olunur.

Davut Aydüz Fətullahçı terror təşkilatına (FETÖ) aid televiziyalarda dini söhbətlər aparıb. 

Məlumata əsasən, bu fakültədə bir müddət işləyən, 3 gün əvvəl FETÖ məsələsi ilə bağlı saxlanılan professor, doktor Hüdaverdi Adam isə sərbəst buraxılıb. 

Son xəbərlər

Orphus sistemi