Yuxarı
    Bağlamaq

    Türkiyədə daha on terrorçu silahlı müqavimətdən imtina etdi

    2013-cü ilin mart ayından bu günə kimi təkcə Şirnak vilayətində silahlı mübarizəni dayandıran terrorçuların sayı 1120 nəfəri ötüb

    Bakı. 21 yanvar. REPORT.AZ/ Türkiyənin Şinak vilayətində terrorçu PKK təşkilatının daha 10 üzvü silahlı müqavimətdən imtina edərək polisə təslim olub.

    "Report" "Hürriyet" qəzetinə istinadən xəbər verir ki, müqavimət göstərməyən terrorçular dinc həyata qayıdmaq istədiklərini bildiriblər.

    Şirnak vilayətinin rəhbərliyi isə bildirib ki, 2013-cü ilin mart ayından bu günə kimi bölgədə silahlı mübarizədən əl çəkən PKK üzvlərinin sayı 1120 nəfəri ötüb.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi