Yuxarı

​Türkiyədə bu il Zəfər Bayramı şənliklə qeyd edilməyəcək

Avqustun 30-u rəsmi tətil günüdür

Bakı. 28 avqust. REPORT.AZ/ Türkiyədə 30 avqust Zəfər Bayramının şənlik, konsert və bayram ovqatlı başqa tədbirlərlə qeyd olunması qadağan edilib.

"Report" xəbər verir ki, bu haqda Türkiyə KİV-i məlumat yayıb. 

Xəbərdə bildirilib ki, ölkənin baş naziri Əhməd Davudoğlu məsələ ilə bağlı açıqlama yayıb: "Son günlərdə baş verən terror hadisələri ilə əlaqədar olaraq, 30 avqust Zəfər Bayramı tədbirlərini çələng qoyulması və təbriklərin qəbul edilməsi ilə qeyd edəcəyik. Bayram günü ilə əlaqədar başqa əyləncəli tədbirlərin keçirilməsi nəzərdə tutulmayıb".

Qeyd edək ki, bu bayram hər il Türkiyə və Şimali Kipr Türk Cümhuriyyətində qeyd edilir. Mustafa Kamal Atatürkün komandanlığı altında 1922-ci il avqustun 26-da başlayan hərbi əməliyyatlar avqustun 30-da Dumlupınarda qələbə ilə başa çatıb. Bu, Türkiyənin işğalçılardan təmizlənməyə başlanıldığı gündür.

İlk dəfə 1923-cü il avqustun 30-da ölkənin Afyonkarahisar, Dənizli, Kahramanmaraş, Ankara və İzmir şəhərlərində bayram edilib. 1935-ci ildə isə rəsmi dövlət bayramı elan edilib. Avqustun 30-u Türkiyədə rəsmi tətil günüdür. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi