Yuxarı

​Türkiyədə baş vermiş terror aktı zamanı 2 hərbçi ölüb, 10 nəfər yaralanıb

Əraziyə çoxlu sayda tibbi yardım maşını göndərilib.

Bakı. 10 iyul. REPORT.AZ/ Türkiyədə terror hadisəsi baş verib. 

"Report" bu ölkənin mətbuatına istinadən xəbər verir ki, Van vilayətinin Erçiş rayonunda jandarm binası yaxınlığında içinə bomba qoyulmuş avtomobil partladılıb.

Nəticədə 2 hərbçi şəhid olub, 10 hərbçi yaralanıb. Terror aktının PKK təşkilatı tərəfindən törədildiyi bildirilir.

Əraziyə çoxlu sayda tibbi yardım maşını göndərilib. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi