​Türkiyədə antiterror əməliyyatlarında 60 terrorçu öldürülüb

​Türkiyədə antiterror əməliyyatlarında 60 terrorçu öldürülüb Güc strukturlarının 10 minə yaxın əməkdaşının cəlb olunduğu antiterror əməliyyatları 3 gündür davam edir
Region
18 Dekabr , 2015 14:18
​Türkiyədə antiterror əməliyyatlarında 60 terrorçu öldürülüb

Bakı. 18 dekabr. REPORT.AZ/ Türkiyənin Cizre, Silopi, Sur, Dargeçit rayonlarında keçirilən aniterror əməliyyatı nəticəsində 60 terrorçu öldürülüb. 

"Report" xəbər verir ki, bu haqda Türkiyə KİV-i məlumat yayıb.

Məlumata görə, Türkiyənin Şırnak əyalətinin Cizre və Silopi, Diyarbəkirin Sur, Mardin, Nusaybi və Dargeçit rayonlarında 3 gündür güc strukturlarının 10 minə yaxın əməkdaşının cəlb olunduğu antiterror əməliyyatı keçirilir.

Məlumata görə, bu müddət ərzində Cizre və Silopda 25, Surda 29, Dargeçitdə isə 6 terrorçu zərərsizləşdirilib.

Son xəbərlər

Orphus sistemi