Türkiyədə antiterror əməliyyat nəticəsində 2 hərbçi şəhid olub

Türkiyədə antiterror əməliyyat nəticəsində 2 hərbçi şəhid olub Binəli Yıldırım gözlənilmədən əməliyyat keçirilən bölgəyə gedib
Region
5 Sentyabr , 2016 12:33
Türkiyədə antiterror əməliyyat nəticəsində 2 hərbçi şəhid olub

Bakı. 5 sentyabr. REPORT.AZ/ Türkiyənin Hakkari əyalətinin Çukurca rayonunda terrorçu PKK qruplaşmasına qarşı keçirilən əməliyyat nəticəsində 2 hərbçi şəhid olub.

"Report" "Anadolu" agentliyinə istinadən xəbər verir ki, bölgədə antiterror əməliyyatı davam edir.

Terrorçuların sığınacağından çoxlu sayda silah-sursat, ərzaq generator, tibbi ləvazimat, yanacaq, partlayıcı qurğularda istifadə edilən akkumlyator və s. materiallar aşkarlanaraq götürülüb. 

Türkiyənin baş naziri Binəli Yıldırım gecə saatlarında gözlənilmədən əməliyyat keçirilən bölgəyə gedib. O, həmin ərazidə komandirlərlə görüşüb, vəziyyəti öyrənib.

Son xəbərlər

Orphus sistemi