Ankarada Ədalət və İnkişaf Partiyasının V qurultayı keçirilir

Ankarada Ədalət və İnkişaf Partiyasının V qurultayı keçirilir Ümumilikdə, qurultayda AKP-nin 40 min üzvü və qonaqlar iştirak edir
Region
12 Sentyabr , 2015 13:43
Ankarada Ədalət və İnkişaf Partiyasının V qurultayı keçirilir

Bakı. 12 sentyabr. REPORT.AZ/ Ankarada Türkiyənin Ədalət və İnkişaf Partiyasının (AKP) V qurultayı keçirilir. "Report" Türkiyə KİV-inə istinadən xəbər verir, qurultay öncəsi ölkənin baş naziri, AKP sədri Əhməd Davudoğlu partiya üzvlərinə müraciət edib.

Birlik və bərabərlik mesajı verən baş nazir deyib: "Biz hər zaman birlik üçün bir yerdəyik. Hər zaman bizi dəstəklədiyinizin şahidi olmuşuq. Çətin günlərdə bizim bayraqlarımızı dalğalandırdığınız üçün qürur hissi keçiririk. Allah səsimizi hər zaman gur eləsin. Vətən uğrunda şəhid olan əsgərlərimizin əmanətini qoruyub saxlamaq üçün Allah bizə güc versin".

Ankara Arena Spor Salonunda keçirilən bugünkü qurultaya 1 445 nümayəndə seçilib. Ümumilikdə, qurultayda AKP-nin 40 min üzvü və qonaqlar iştirak edir. 

Qeyd edək ki, qurultayda Azərbaycanın hakim Yeni Azərbaycan Partiyasının nümayəndələri də qonaq kimi iştirak edir. YAP İdarə Heyətinin üzvü, Milli Məclisin sədr müavini Bahar Muradovanın rəhbərlik etdiyi nümayəndə heyətinə partiyanın Səbail rayon təşkilatının sədri, Milli Məclisin Elm və təhsil komitəsinin sədri Şəmsəddin Hacıyev və partiyanın Nəsimi rayon təşkilatının sədri, deputat Məlahət İbrahimqızı daxildir.

Son xəbərlər

Orphus sistemi