Bakı. 18 avqust. REPORT.AZ/ Türkiyənin 34 əyalətində imtahanlarda korrupsiya ittihamı ilə məhkəmə hakimləri və prokurorlara qarşı əməliyyat keçirilib.
"Report" Türkiyə KİV-inə istinadən xəbər verir ki, bu məsələdə şübhəli bilinən 86 hakim və prokurorun tutulması barədə qərar var.
Məlumata görə, artıq onlardan 28 nəfəri saxlanılıb.