Yuxarı

Türkiyədə 64 gün ərzində 1008 terrorçu məhv edilib

Türkiyə ordusunun İraq və Suriyada həyata keçirdiyi əməliyyatlar zamanı daha 620 terrorçu öldürülüb

Bakı. 9 sentyabr. REPORT.AZ/ Terrorçu PKK təşkilatının "atəşkəsi dayandırdığı" tarixdən keçən 64 gün ərzində Türkiyə ərazisində 1008 terrorçu məhv edilib.

"Report" NTV telekanalına istinadən xəbər verir ki, Türkiyə ordusunun İraq və Suriyada həyata keçirdiyi əməliyyatlar zamanı daha 620 terrorçu öldürülüb.

22 iyul-8 sentyabr tarixlərində Türkiyənin müxtəlif bölgələrində törədilən terror aktları nəticəsində isə 108 əsgər və polis şəhid olub. Həmçinin 23 mülki şəxs dünyasını dəyişib. 304 nəfər yaralanıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi