Ədliyyə naziri: "Türkiyədə 38 min məhbus azadlığa buraxılacaq"

Ədliyyə naziri: "Türkiyədə 38 min məhbus azadlığa buraxılacaq" "Bu tədbir əfv deyil və 2016-cı il iyulun 1-dək törətdikləri cinayətə görə mühakimə olunan və olunacaq insanlara şamil ediləcək"
Region
17 Avqust , 2016 10:35
Ədliyyə naziri: Türkiyədə 38 min məhbus azadlığa buraxılacaq

Bakı. 17 avqust. REPORT.AZ/ "Qanun qüvvəsində olan yeni qərarlar 38 min məhbusun sərbəst buraxılmasının yolunu açır".

"Report" Türkiyə KİV-inə istinadən xəbər verir ki, bunu ölkənin ədliyyə naziri Bəkir Bozdağ fövqəladə vəziyyət rejimi ilə bağlı qəbul olunan iki yeni qərarı şərh edərkən bildirib. 

B.Bozdağ deyib ki, qərarlara görə 2016-cı il iyulun 1-də "Cəza və Təhüləkəsizlik tədbirlərinin icrası haqqında qanuna" əlavə olunan müvəqqəti dəyişiklik maddəsi ilə məhkum edilənlər və ya mühakimə olunacaqlar üçün iki əhəmiyyətli dəyişiklik həyata keçiriləcək. 

Ədliyyə naziri bu qərarların şamil olunmayacağı şəxslərin siyahısını da açıqlayıb. O bildirib ki, dövlətə qarşı cinayət törədənlər, terrorçuluqda ittiham olunanlar, şəxsi həyata müdaxilə etməyə görə cəza alanlar, qəsdən adam öldürənlər və s. bu kimi cinayətlərə görə mühakimə olunanlar və ya olunacaq şəxslər yeni qərarlardan faydalana bilməyəcəklər: "Bu tədbir əfv deyil və 2016-cı il iyulun 1-dək törətdikləri cinayətə görə mühakimə olunan və olunacaq insanlara şamil ediləcək",

Son xəbərlər

Orphus sistemi