Yuxarı

​Türkiyədə 28 iş adamı saxlanılıb

Daha 51 nəfər barəsində həbs qərarı çıxarılıb

Bakı. 25 iyun. REPORT.AZ/ Türkiyə polisi İstanbul, Kayseri, Konya və Muğla vilayətlərində genişmiqyaslı əməliyyat keçirib.

“Report” Türkiyə KİV-inə istinadən xəbər verir ki, İstanbul Şəhər Polis İdarəsinin Maliyyə cinayətləri ilə mübarizə şöbəsinin əməkdaşlarının keçirdiyi əməliyyat çərçivəsində 25 ev, 2 ofis və 1 şirkətdə axtarış aparılıb, 28 nəfər saxlanılıb. Onlardan 6-sı qadındır, 23 nəfər isə axtarışa verilib.

Bundan əlavə, Türkiyə İş Adamları və Sənayeçilər Konfederasiyasının (TUSKON) başqanı Rıza Nur Meral, MARİFED başqanı İbrahim Halil Avcı, FİADER başqanı Çetin Ekincioğlunun da aralarında olduğu 51 nəfər barəsində “himmət” adı altında maliyyə dəstəyi təmin etdikləri üçün həbs qərarı çıxarıldığı məlum olub.

Türkiyənin Maliyyə Cinayətlərini Araşdırma Qurumu (MASAK) tərəfindən şübhəlilərin iş adamlarından “himmət” adı altında yardım topladıqları və pulların “Bank Asiya”da açılan bir hesaba yatırıldığı müəyyənləşib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi