Türkiyədə 278 nəfərin qətlini təşkil edən terrorçu həbs olunub

Türkiyədə 278 nəfərin qətlini təşkil edən terrorçu həbs olunub Hacı Türmak ölkənin 59 əyalətində terror aktı təşkil edib
Region
3 May , 2017 17:46
Türkiyədə 278 nəfərin qətlini təşkil edən terrorçu həbs olunub

Bakı. 3 may. REPORT.AZ/ Türkiyənin 59 əyalətində törədilən terror aktlarında iştirak etməkdə və həmin terrorlarda istifadə olunan partlayıcıları hazırlamaqda şübhəli bilinən Hacı Türmak tutulub. 

“Report” "Haber7"yə istinadən xəbər verir ki, terrorçunu İraqın Ərbil şəhərində Türkiyə Milli İstihbarat Təşkilatı və Silahlı Qüvvələrin xüsusi təyinatlılarından ibarət qrup saxlayıb. 

Xəbərdə bildirilib ki, H.Türmakın təşkil etdiyi terror aktlarında 278 nəfər həlak olub. O, terrorçu PKK-nın qruplaşmasının qollarından biri sayılan TAK dəstəsinə başçılıq edib.

Son xəbərlər

Orphus sistemi