Yuxarı
    Bağlamaq

    ​Türkiyədə 18 kamikadze hücumunun qarşısı alınıb

    Bu hücumlardan üçünun minalanmış avtomobil vasitəsi ilə törədilməsi planlaşdırılıb

    Bakı. 28 fevral. REPORT.AZ/ 2016-cı il 1 yanvar tarixindən etibarən Türkiyənin xüsusi xidmət orqanları ölkədə 18 kamikadze hücumunun qarşısını alıblar.

    "Report" xəbər verir ki, bu barədə "7TV" kanalına müsahibəsində Türkiyənin daxili işlər naziri Efkan Ala məlumat verib.

    Onun sözlərinə görə, bu hücumlardan üçünün minalanmış avtomobil vasitəsi ilə törədilməsi planlaşdırılıbmış. DİN rəhbəri bildirib ki, bu maşınlar İstanbulda Bosfor Universitetinin yanında aşkar edilib.

    Fevralın 17-də Ankaranın əhali sıx olan ərazisində minalanmış avtomobil partladılıb. Nəticədə 28 nəfər ölüb, 60-dan çox insan yaralanıb.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi