Türkiyədə 150 min 886 alimin xaricə çıxmasına qadağa qoyulub

Türkiyədə 150 min 886 alimin xaricə çıxmasına qadağa qoyulub Qadağa universitet rektorlarına da tətbiq olunub
Region
20 İyul , 2016 11:59
Türkiyədə 150 min 886 alimin xaricə çıxmasına qadağa qoyulub

Bakı. 20 iyul. REPORT.AZ/ Türkiyədə Fətullahçı terror təşkilatının (FETÖ) uğursuz dövlət çevrilişi cəhdi ilə bağlı aparılan istintaq çərçivəsində ölkənin bütün universitet rektorlarının və müəllimlərinin xaricə çıxmasına qadağa qoyulub.

“Report” Türkiyə mətbuatına istinadən xəbər verir ki, qadağa 150 min 886 elm adamına tətbiq olunub.

Qeyd edək ki, Türkiyədə 193 universitet var. Bu elm ocaqlarında 150 min 886 alim çalışır. 

Son xəbərlər

Orphus sistemi