Yuxarı

​Türkiyədə 12 turistin olduğu hava şarı yerə düşüb

Yaralılardan ikisi xarici vətəndaşdır

Bakı. 10 mart. REPORT.AZ/ Türkiyənin Dənizli vilayətində yerləşən məşhur Pamukkale kurortunda 12 nəfərin olduğu hava şarı yerə düşüb.

"Report"un "Hürriyet" qəzetinə istinadən verdiyi xəbərə görə, qəzaya səbəb güclü külək olub. Bildirilir ki, Güzelpınar məhəlləsinə düşən şardaki yaralılardan ikisi xarici vətəndaşdır.

Yaralılar təcili tibbi yardım maşınları ilə vilayətin müxtəlif xəstəxanalarına çatdırılıb.

Jandarmeriya qüvvələri hadisə ilə bağlı araşdırma aparır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi