Yuxarı

Türkiyə XİN təmsilçisi: "ABŞ terrorçularla Türkiyə arasındakı fərqi görmür"

Əksinə PYDni silah-sursatla təmin edir

Bakı. 15 fevral. REPORT.AZ/ "ABŞ Dövlət Departamentinin sözçüsü Con Kirbinin ABŞ-ın müttəfiqi Türkiyə ilə terrorçu PKK-nın Suriyadakı qolu "PYD" arasında fərqi görməməsinə heyrət edirik".

"Report" Türkiyə KİV-inə istinadən xəbər verir ki, bunu Türkiyə XİN-in sözçüsü Tanju Bilgiç ABŞ-ın terrorçu "YPG" ilə əlaqəsiylə bağlı yayılan açıqlamada bildirib.

O, Türkiyə ərazisinin Suriyadakı terrorçu "PYD" və "YPG" tərəfindən atəşə tutulduğunu, buna Silahlı Qüvvələrin cavab verdiyini söyləyib.

Qeyd edək ki, ABŞ rəsmiləri terrorçu PKK-nın Suriyadakı qolu "PYD"ni terrorçu təşkilat saymır. Əksinə, "PYD"ni silah-sursatla təmin edir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi