Yuxarı

​Türkiyə XİN Rusiya KİV-də yayılan məlumatı təkzib edib

Xarici İşlər Nazirliyinin sözçüsü Tanju Bilgiç deyib ki, Türkiyə-Rusiya birgə işçi qrupu yaradılmayacaq

Bakı. 7 oktyabr. REPORT.AZ/ "Nazirliyimizin açıqlamalarında və hərbi rəsmilərimizin çıxışlarında Ankarada Rusiya ilə hər hansı ortaq işçi qrupunun yaradılması məsələsi olmayıb".

"Report" Türkiyə KİV-inə istinadən xəbər verir ki, bunu ölkənin Xarici İşlər Nazirliyinin sözçüsü Tanju Bilgiç bildirib.

O, Türkiyə-Rusiya ortaq işçi qrupunun yaradılması təklifini Türkiyənın qəbul etməsi haqda Rusiya mətbuatında yayılan xəbəri təkzib edib: "Ankarada nazirliyimizin açıqlamalarında və hərbi məsullarımızın çıxışlarında hər hansı ortaq işçi qrupunun yaradılması məsələsi gündəlikdə olmayıb".

Onun sözlərinə görə, Türkiyənin hava məkanının pozulması ilə bağlı oxşar hadisələrin təkrarlanmasının qarşısının alınması üçün Rusiya tərəfinin izahatını dinləmək üçün Ankarada uyğun vəzifəlilərin bir araya gəlməsinə razılıq verilib.

Qeyd edək ki, ötən 4 gün ərzində Suriyada hava əməliyyatı aparan Rusiyaya məxsus döyüş təyyarələri 2 dəfə Türkiyənin hava məkanını pozub. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi