Yuxarı

Türkiyə XİN rəhbəri Roma Papasının Ermənistan-Türkiyə sərhədinin açılması haqqında bəyanatını şərh edib

Sərhədin açılması haqqında bəyanat sadəcə Papanın arzusudur

Bakı 4 dekabr. REPORT.AZ/ Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Roma Papasının Ermənistan-Türkiyə sərhədinin açılması haqqında bəyanatını şərh edib. "Report" Türkiyənin "Arca" agentliyinə istinadən xəbər verir ki, M.Çavuşoğlu Brüsselə gedərkən təyyarədə jurnalistlərin suallarına cavab verib. Türkiyə XİN rəhbəri Papanın sərhədin açılması haqqında bəyanatına da toxunub. 

"Sərhədin açılması haqqında bəyanat sadəcə Papanın arzusudur. Biz də istəyirik ki, sərhəd açılsın, lakin bu məsələdə Türkiyə hər zaman addım atır, Ermənistandan isə cavab gəlmir. Uzatdığımız əl havada qalır", - Mövlud Çavuşoğlu bildirib. 

Qeyd edək ki, Türkiyəyə səfəri zaman Roma Papası I Fransisk Ermənistan-Türkiyə sərhədinin açılmasına ümidvar olduğunu bildirib. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi