Yuxarı

​Türkiyə XİN rəhbəri Doğu Perinçəkin məhkəməsinə münasibət bildirib

İsveçrənin qəbul etdiyi qərar söz azadlığı prinsipləri ilə ziddiyyət təşkil edir

Bakı. 29 yanvar. REPORT.AZ/ Türkiyəli siyasətçi Doğu Perinçəklə bağlı Avropa İnsan Haqları Məhkəməsindəki dinləmələr "soyqırım"a deyil, insan haqlarına aiddir.

"Report" xarici kütləvi informasiya vasitələrinə istinadən xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu yerli telekanallardan birinə müsahibəsində bildirib.

Türkmənistana səfəri zamanı jurnalistlərin suallarını cavablandıran nazir deyib ki, Avropa İnsan Haqları Məhkəməsinin Aşağı Palatasının qərarı anlaşılandır, ancaq İsveçrənin qəbul etdiyi qərar söz azadlığı prinsipləri ilə ziddiyyət təşkil edir: "Bu məhkəmə də həmin məsələ ilə bağlıdır. Onun "soyqırım"la deyil, söz azadlığı ilə əlaqəsi var".

Xatırladaq ki, 2008-ci ildə Doğu Perinçək İsveçrə məhkəməsi tərəfindən qondarma "erməni soyqırımı faktı"nı inkar etdiyinə görə mühakimə olunub. Bundan sonra o, Avropa İnsan Haqları Məhkəməsinə müraciət edib və prosesi udub. 2014-cü ilin martında İsveçrə hökuməti AİHM-in qərarından apellyasiya şikayəti verib. Daha sonra Ermənistan da prosesə üçünçü tərəf kimi daxil olub.

Məhkəmə 6-8 aydan sonra davam edəcək.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi