Yuxarı

Türkiyə XİN başçısı ABŞ-a gedəcək

Nazirin Vaşinqtona səfərinin səbəblərindən biri Fətullah Gülənin Türkiyəyə ekstradisiyası barədə danışıqlar aparmaqdır

Bakı. 19 iyul. REPORT.AZ/ Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bu gün ABŞ-a rəsmi səfərə gədəcək.

"Report" xəbər verir ki, bu barədə Türkiyənin "Star" nəşri məlumat verib.

Nəşr nazirin Vaşinqtona səfərinin səbəblərindən birinin Türkiyədə hərbi çevrilişə cəhdin təşkilində ittiham olunan Fətullah Gülənin Türkiyəyə ekstradisiyası barədə danışıqlar aparmaq olduğunu xəbər verib. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi