Türkiyə XİN başçısı: “Biz 2-3 il sonra avropalı və amerikalılardan eyni peşmanlığı eşitmək istəmirik”

Türkiyə XİN başçısı: “Biz 2-3 il sonra avropalı və amerikalılardan eyni peşmanlığı eşitmək istəmirik” Mövlud Çavuşoğlu Türkiyənin Əfqanıstandakı səfirliyinin binasına ziyan dəydiyini bildirib
Region
31 May , 2017 19:14
Türkiyə XİN başçısı: “Biz 2-3 il sonra avropalı və amerikalılardan eyni peşmanlığı eşitmək istəmirik”
Mövlud Çavuşoğlu

Bakı. 31 may. REPORT.AZ/ “Avropalı və amerikalı dostlarımız Türkiyənin Suriya ilə bağlı 2012-2013-cü illərdə verdiyi tövsiyələri nəzərə almadıqlarından indi peşiman olduqlarını bildirirlər”.

“Report” "Haberturk"ə istinadən xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Sloveniya baş nazirinin müavini Karl Erjaveçlə keçirdiyi birgə mətbuat konfransında ABŞ-ın terrorçu PKK-nın Suriyadakı qolları YPG və PYD-yə silah-sursat göndərməsinə və Kabildək terror hücumuna münasibət bildirərkən deyib: YPG və PYD məsələsində bizim mövqeyimiz son dərəcə qətidir. Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Vaişqtona səfəri zamanı vurğulayıb. Biz YPG-yə verilən dəstəyin nə dərəcəd təhlükəli olduğunun bir daha qeyd edirik. Bir terror qrupuna verilən silah sadəcə Türkiyəyə qarşı deyil, bütün insanlığa qarşı istifadə edilə bilər. Avropa ölkələrinn bir çoxunda bu narahatlıq var. YPG getdiyi yerlərdə öz ideologiyasına uyğun gəlməyənləri həmin ərazidən sürgün edir. Suriyanın ərazi bütövlüyünə bu qruplaşma təhlükədir. Suriyada sabitliyin yaranması üçün bu addmlar atılmamalıdır. Müvəqqəti ortaqlıq deyə bir anlayış yoxdur. Avropalı və amerikalı dostlarımız Türkiyənin Suriya ilə bağlı 2012-2013-cü illərdə verdiyi tövsiyələri nəzərə almadıqlarından indi peşiman olduqlarını bildirirlər. Biz 2-3 il sonra eyni peşmanlığı eşitmək istəmirik. Suriyada məsələnin siyasi həlli olmazsa, terrorun başa çatması mümkün deyil”,- nazir vurğulayıb.

Nazir ABŞ hakimiyyətinə müraciət edərək, terrorçulara silah vermək kimi belə yanlış addımlar atmaqdan daşınmağa çağırıb.

Xatırladaq ki, ABŞ terrorçu YPG və PYD-nin başçılıq etdiyi “Suriya Demokratik Qüvvələri”nə silah-sursat göndərməy başlayıb.

Mövlud Çavuşoğlu Kabildək partlayış nəticəsində Türkiyənin Əfqanıstandakı səfirliyinin binasına da ziyan dəydiyini və diplomatik missiya əməkdaşlarının təxliyə olundğunun bildirib.

Qeyd edək ki, mayın 31-də Əfqanıstanın paytaxtın səfirliklərin yerləşdiyi rayonda törədilən partlayış nəticəsində 90 nəfər ölüb, 380 nəfər isə yaralanıb. 

Son xəbərlər

Orphus sistemi