Türkiyə XİN "2023-ə doğru: Milli dəyərlər və qlobal hədəflər" mövzusunda konfrans keçirəcək

Türkiyə XİN "2023-ə doğru: Milli dəyərlər və qlobal hədəflər" mövzusunda konfrans keçirəcək Toplantıda Avropa İttifaqına hazırda sədrlik edən Maltanın xarici işlər naziri Corc Villa da iştirak edəcək
Region
6 Yanvar , 2017 15:51
Türkiyə XİN 2023-ə doğru: Milli dəyərlər və qlobal hədəflər mövzusunda konfrans keçirəcək

Bakı. 6 yanvar. REPORT.AZ/ Türkiyə Xarici İşlər Nazirliyi ölkə daxili və xaricindəki səfirlərinin iştirakı ilə yanvarın 8-14-də Ankarada səfirlərin 9-cu konfransını keçirəcək.

“Report” "Anadolu"ya istinadən xəbər verir ki, bu konfransın mövzusu “2023-ə doğru: Milli dəyərlər və qlobal hədəflər” olacaq.

Tədbirdə Türkiyənin xarici siyasətini maraqlandıran hadisələr nəzərdən keçiriləcək, aktual məsələlər və imkanlar dəyərləndiriləcək.

Konfrans çərçivəsində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Baş nazir Binəli Yıldırımla görüşlər keçiriləcək, onlardan xarici siyasətə dair təlimat alınacaq.

Eyni zamanda, tədbirdə terrora qarşı mübarizə məsələsi də müzakirə ediləcək başlıca mövzulardandır.

Konfransda Avropa İttifaqına hazırda sədrlik edən Maltanın xarici işlər naziri Corc Vella, Gürcüstanın xarici işlər naziri Mixeil Canelidze, Tunisin xarici işlər naziri Xemais Jinau, Finlandiyanın xarici işlər naziri Timo Soyni, Beynəlxaq Miqrasiya Təşkilatının baş direktoru Leys Svinq də iştirak edəcək.

Son xəbərlər

Orphus sistemi