Türkiyə Xarici İşlər Nazirliyinin 7 işçisi FETÖ işi ilə əlaqədar həbs edilib

Türkiyə Xarici İşlər Nazirliyinin 7 işçisi FETÖ işi ilə əlaqədar həbs edilib Həbs edilənlər arasında nazirliyin idarə rəisi Seyfullah Şahin və keçmiş səfir Aydın Sefa Akay da var
Region
29 Sentyabr , 2016 00:50
Türkiyə Xarici İşlər Nazirliyinin 7 işçisi FETÖ işi ilə əlaqədar həbs edilib

Bakı. 29 sentyabr. REPORT.AZ/ Türkiyə Xarici İşlər Nazirliyinin 7 işçisi FETÖ işi ilə əlaqədar həbs edilib.

"Report"un məlumatına görə, bu barədə "Anadolu" agentliyi xəbər yayıb.

Məlumata görə, onlar iyulun 15-də dövlət çevrilişinə cəhd göstərməkdə ittiham edilirlər. Agentliyin hüquq-mühafizə orqanlarındakı mənbəyinin xəbərində bildirilir ki, həbs edilənlər arasında nazirliyin keçmiş idarə rəisi Seyfullah Şahin və sabiq səfir Aydın Sefa Akay da var.

Onların telefonlarında Fətullah Gülənin tərəfdarlarının istifadə etdiyi "Bylock" proqramı aşkarlanıb.

Son xəbərlər

Orphus sistemi