Yuxarı
    Bağlamaq

    ​Türkiyə vətəndaşı olan mindən çox tələbə Rusiya universitetlərindən çıxarılır

    Universitetlərin rəhbərlikləri Türkiyə vətəndaşları olan tələbələrə məcburi şəkildə ərizə yazdırırlar

    Bakı. 11 dekabr. REPORT.AZ/ Türkiyə vətəndaşı 1030 tələbə Rusiyadan çıxmağa məcbur edilir.

    "Report" Türkiyə KİV-inə istinadən xəbər verir ki, bu haqda Rusiyada təhsil alan Türkiyə vətəndaşı olan tələbələr və Rusiyada işləyən təhsil üzrə mütəxəssislər öz ölkələrinin Təhsil Nazirliyi və Ali Təhsil Şurasına göndərdikləri şikayət məktubunda bildiriblər.

    Məlumata görə, onlar Rusiyada təhsillə bağlı müxtəlif təzyiqlərlə qarşılaşdıqlarını yazıblar.

    Universitetlərin rəhbərlikləri Türkiyə vətəndaşları olan tələbələrə məcburi şəkildə "təhsili öz istəyimlə buraxmaq istəyirəm" məzmunlu ərizə yazdırırlar.

    İnformasiyaya əsasən, türk tələbələrinin yaşadıqları yataqxanalarda polis gecələr itlərlə pasport yoxlaması keçirir. Bəzi universitetlərdə rusiyalı professorlar "türklərə dərs vermirik"- deyərək, dərsləri boykot edirlər.

    Rusiyanın Voronej Texnologiya İnstitutunun rəhbərliyi türk tələbələrdən tələb edirlər ki, Rusiyadan gedin.

    Tələbələrin təhsil haqqını ödəməsinə, oxuduqları ali təhsil müəssisəsinin rəhbərliyi ilə uyğun müqavilə bağlamalarına baxmayaraq, onların vizalarının müddəti uzadılmır.

    Türkiyə tərəfi tələbələrin təhsil müəssisələrindən müxtəlif bəhanələrlə çıxarılmasının qarşısını almaq istiqamətində fəaliyyət göstərildiyi bildirilib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi