Türkiyə və Rusiya prezidentləri Suriyadakı vəziyyəti müzakirə edib

Türkiyə və Rusiya prezidentləri Suriyadakı vəziyyəti müzakirə edib Bakı. 7 mart. REPORT.AZ/ Rusiya prezidenti Vladimir Putin türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla telefon söhbəti edib.
Region
7 Mart , 2018 03:56
Türkiyə və Rusiya prezidentləri Suriyadakı vəziyyəti müzakirə edib

Bakı. 7 mart. REPORT.AZ/ Rusiya prezidenti Vladimir Putin türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla telefon söhbəti edib.

“Report” xəbər verir ki, bu baradə Kremlin məlumatında bildirilir.

Türkiyə lideri "An-26" tipli təyyarənin Suriyada qəzaya uğraması ilə əıaqədar qarşı tərəfə başsağlığı verib.

Siyasətçilər həmçinin BMT-nin Şərqi Qutaya aid qətnaməsini və regionda humanitar problemlərin həllinin vacib olduğunu müzakirə ediblər. Prezidentlər energetika sahəsində birgə strateji layihələr daxil olmaqla, ikitərəfli əlaqələrə də toxunublar.

Son xəbərlər

Orphus sistemi