Türkiyə və Rusiya nümayəndə heyətlərinin görüşü başa çatdı

Türkiyə və Rusiya nümayəndə heyətlərinin görüşü başa çatdı Moskva şəhərində Suriyadakı vəziyyətlə bağlı Türkiyə və Rusiya nümayəndə heyətləri arasında görüş yekunlaşıb.
Region
18 Fevral , 2020 15:26
Türkiyə və Rusiya nümayəndə heyətlərinin görüşü başa çatdı
Türkiyə və Rusiya heyətləri arasında görüş / Türkiyə Xarici İşlər Nazirliyi

Moskva şəhərində Suriyadakı vəziyyətlə bağlı Türkiyə və Rusiya nümayəndə heyətləri arasında görüş yekunlaşıb.

“Report” TRT-yə istinadən xəbər verir ki, bu barədə Türkiyə XİN başçısı Mövlud Çavuşoğlu məlumat verib.

O, müzakirələr nəticə vermədiyi təqdirdə prezidentlər səviyyəsində görüşlərin davam etdiriləcəyini açıqlayıb.

Bu arada, Suriyada Bəşşar Əsədə sadiq qüvvələrin İdlibə hücumları nəticəsində son altı gündə 148 min mülki vətəndaş Türkiyə ilə sərhədə köçüb.

Xatırladaq ki, Türkiyə və Rusiya nümayəndə heyətləri arasında ilk görüş fevralın 17-də baş tutub

Son xəbərlər

Orphus sistemi