Türkiyə və Gürcüstan hökumətlərinin başçıları regional təhlükəsizlik məsələlərini müzakirə ediblər

Türkiyə və Gürcüstan hökumətlərinin başçıları regional təhlükəsizlik məsələlərini müzakirə ediblər Türkiyənin Baş naziri Binəli Yıldırım mayın 23-də Gürcüstana rəsmi səfər gəlib
Region
23 May , 2017 11:42
Türkiyə və Gürcüstan hökumətlərinin başçıları  regional təhlükəsizlik məsələlərini müzakirə ediblər

Tbilisi. 23 may. REPORT.AZ/ Türkiyənin Baş naziri Binəli Yıldırım mayın 23-də Gürcüstana rəsmi səfər gəlib.

Rəsmi qarşılanma mərasimindən sonra Baş nazir Binəli Yıldırım gürcü həmkarı Georgi Kvirikaşvili ilə görüşüb.

“Report”un Gürcüstan bürosu xəbər verir ki, görüşdə bir sıra məsələlər, o cümlədən regional təhlükəsizlik və birgə həyata keçirilən irimiqyaslı, enerji, infrastruktur və nəqliyyat layihələrinin perspektivləri müzakirə olunub.

Türkiyə-Gürcüstan diplomatik münasibətlərinin 25-ci ildönümü ilə əlaqədar Tbilisidə Türkiyə-Gürcüstan Strateji Araşdırmalar Şurasının ikinci iclası keçiriləcək.

Son xəbərlər

Orphus sistemi