Yuxarı
    Bağlamaq

    Türkiyə Twitter-ə giriş qadağasını ləğv edir

    YouTube-a qadağa qüvvədədir

    Bakı. 7 aprel. REPORT.AZ/ İstanbulda prokurorun girov götürülməsini əks etdirən görüntülərin paylaşılması ilə bağlı YouTube və Twitter şəbəkələrinə girişi qadağa edən Türkiyə məhkəməsi qərarını qismən dəyişdirib. Belə ki, məhkəmənin tələbini yerinə yetirdiyi üçün Twitter-ə qoyulan qadağanın qısa müddət ərzində ləğv ediləcəyi bildirilib.

    "Report"un NTV telekanalına istinadən xəbər verir ki, YouTube-a olan qadağa davam edir.

    Xatırladaq ki, məhkəmə hökmü hücumla bağlı görüntüləri paylaşan 166 vebsəhifəyə şamil edilib.

    Hadisə vaxtı ifrat solçu DHKP-C qrupuna məxsus olduğu deyilən iki silahlı şəxs İstanbulun mərkəzi məhkəmə binasında prokuroru girov götürmüşdülər. Həyata keçirilən polis əməliyyatı silhalılar və prokurorun ölümü ilə nəticələnib.

    Hakimiyyət şəkilləri yayımlamış medianı hücumu törədənlərin xeyrinə “terrorçu təbliğatı”nda suçlayır.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi