Türkiyə Silahlı Qüvvələri Suriyanın şimalındakı Tel-Rıfat şəhərində terrorçulara qarşı əməliyyat keçirib.
“Report” xəbər verir ki, bunu Türkiyənin Milli Müdafiə Nazirliyi açıqlayıb.
Açıqlamaya görə, Milli Kəşfiyyat Təşkilatı (MİT) ilə koordinasıyalı keçirilən əməliyyatda Tel-Rıfatda iclas edən 6 PKK-YPG terrorçusu zərərsizləşdirilib.